Ana Sayfa > Media > “Zəfər yolunda 44 gün” kitabının təqdimat mərasimi keçirilib
“Zəfər yolunda 44 gün” kitabının təqdimat mərasimi keçirilib24-05-2022, 16:43. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin təşkilatçılığı ilə “Zəfər yolunda 44 gün - Vətən müharibəsində qələbəmizin təbliği” layihəsi çərçivəsində tədbirlərin icrasına start verilib. Layihə çərçivəsində ilk tədbir Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanasının Uşaq Şöbəsinin təşkilatçılığı ilə 24 may 2022-ci il tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutmuş, layihə çərçivəsində hazırlanmış “Zəfər yolunda 44 gün” kitabının təqdimat mərasimi həyata keçirilmişdir. Tədbirdə açılış çıxışı edən “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” ictimai birliyinin sədri Namiq Sərdarlı layihənin məqsədi ve hədəfləri haqqında danışaraq qeyd etdi ki, layihənin məqsədi 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəyliyi, Ali Baş Komandanın müdrik və uzaqgörən siyasətini, Azərbaycan ordusunun rəşadətini, əsgərlərimizin qəhrəmanlıq və cəsarətini təbliğ etmək, bu məlumatları gənclərimizə və gələcək nəsillərə ötürməkdir. Tədbirdə iştirak edən I və II Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Muxtar Aslan da münaqişənin ilk illərindən, erməni təcavüzkarlığı nəticəsində müəllimlikdən hərbiçiliyə doğru dəyişən həyat yolundan və bu günkü Azərbaycanın qüdrətli ordusundan, yenidən döyüşə cəlb edilən təcrübəli döyüşçülərin bu qələbədəki töhfələrindən bəhs etdi. Kitabın təqdimatı üçün söz verilən yazıçı Əziz Sultan da öz növbəsində Vətən sevgisinin əhəmiyyətindən, Şanlı qələbədə rolu olan dövlət-xalq birliyinin əhəmiyyətindən, bu tarixi qələbənin daim yaddaşlarda canlı saxlanması üçün təlim-tərbiyənin və vətənpərvərlik səpkili tədbirlərin vacibliyindən danışdı. Kitabda yer alan 44 hekayənin hər birinin yaşanmış faktlar əsasında qələmə alınmış olması və bu kitabda hekayələri anladılan bir neçə hərbiçi və könüllülərin də tədbirdə iştirak etməsi tədbiri məktəblilər üçün daha da yaddaqalıcı etdi. Sonda tədbir iştirakşılarına layihə çərcivəsində hazırlanmış “Zəfər yolunda 44 gün” kitabı və buklet hədiyyə edilidi. aia.az Geri dön |