Ana Sayfa > Gündəm > NASA-dan şok proqnoz: "Bu yay 136 illik istilik rekordu qırılacaq"

NASA-dan şok proqnoz: "Bu yay 136 illik istilik rekordu qırılacaq"


17-05-2016, 11:17. Yazar: admin



Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Kosmos Tədqiqatları İnstitutunun direktoru Qavin Şmidt şok açıqlama verib.

Aia.az-in məlumatına görə, aprel ayındakı istiliyinin 1951-1980-ci illərə nəzərən 1,1 dərəcə yüksək olduğunu deyən Şmidt yay fəslinin çox çətin olacağını etiraf edib.

Bundan əvvəl ən yüksək istilik 2014 və 2015 illərində ölçülüb. Kosmos Tədqiqatları İnstitutunun direktoru ən yüksək istiliyin 2015-ci ilin oktyabrından bu yana artdığına işarə edib. O bildirib ki, 2016-cı ildə 1880-ci ildən bu yana ən isti il olacaq.

Fransanın paytaxtı Parisdə ötyən ilin dekabr ayında keçirilən 21-ci BMT İqlim Dəyişikliyi Konfransında 196 ölkə, qlobal orta temperatur artım limitinin 1,5-2 dərəcə arasında məhdudlaşdırılmasını ehtiva edən sənəd üzərində razılığa gəlmişdi. 22 Apreldə BMT-nin Baş ofisində dövlət və hökumət başçılarının da iştirakı ilə imzalanan sənəd bu günə qədər cəmi 175 ölkə tərəfindən təsdiqlənib.

Aia.az
Geri dön