Ana Sayfa > Karusel / Dünya > İranda 10 mərtəbəli bina çökdü -

İranda 10 mərtəbəli bina çökdü -


23-05-2022, 16:22. Yazar: sevinc1
İranda 10 mərtəbəli bina çökdü -

İranın Xuzistan əyalətinin Abadan şəhərində on mərtəbəli binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı artıb.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 3 nəfərə çatıb, 24 nəfər isə xəsarət alıb.

***13:25

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan şəhərində 10 mərtəbəli bina çöküb.

aia.az xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə yerinə 5 təcili yardım avtomobili və bir avtobus göndərilib.

O əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

aia.az
Geri dön