Ana Sayfa > Gündəm > YAP Saatlı rayon təşkilatının Gənclər küçəsi 7 ünvanında yeni ərazi partiya təşkilatı yaradıldı

YAP Saatlı rayon təşkilatının Gənclər küçəsi 7 ünvanında yeni ərazi partiya təşkilatı yaradıldı


23-05-2022, 15:29. Yazar: sevinc1
YAP Saatlı rayon təşkilatının Gənclər küçəsi 7 ünvanında yeni ərazi partiya təşkilatı yaradıldı

İlk öncə partiyamızın qurucusu, xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, cəmiyyətdə artan nüfuzundan, milyonların partiyasına çevrilməsini şərtləndirən amillərdən bəhs etdi. Bütün sınaqlardan şərəflə çıxan partiya tarixə adını qələbələr, zəfərlər partiyası kimi yazıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdşından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. YAP iqtidar partiyasına çevrilərək Azərbaycanın gələcəyinə hədəflənmiş strategiyanın uğurla həyata keçirilməsinə öz töhfələrini verdi. Son 19 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası daha da inkişaf edir, sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirilir.

İclasda təşkilati məsələyə baxılıb, Kazımov Tahir Seyidağa oğlu “Gənclər küçəsi, 7” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Dəmirov Emin Zamanəli oğlu isə sədr müavini seçiliblər.

aia.az
Geri dön