Ana Sayfa > Seçki 2024 > Bakıda qoyun oğrusu saxlanıldı

Bakıda qoyun oğrusu saxlanıldı


23-05-2022, 10:27. Yazar: sevinc1
Bakıda qoyun oğrusu saxlanıldı

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Qala qəsəbəsində yaşayan F.Qurbanovun həyətindən 15 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.

DİN-dən aia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Natiq Babayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

aia.az
Geri dön