Ana Sayfa > Karusel / İdman > "Qarabağ"ın ÇL-da potensial rəqibləri məlum oldu
"Qarabağ"ın ÇL-da potensial rəqibləri məlum oldu23-05-2022, 09:22. Yazar: sevinc1 |
"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib. aia.az xəbər verir ki, "Maribor" Sloveniya çempionu olduğu üçün Şimali İrlandiyanın "Linfild" komandası səpələnməmişlər səbətinə düşərək "köhlən atlar"ın potensial rəqiblərindən biri olub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv bu raundda 13 klubdan biri ilə və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək. Ölkə çempionu Ermənistan təmsilçisi ilə görüşə bilməz. Burada qalib son turda bəlli olacaq. Çempionlar Liqası I təsnifat mərhələsi Səpələnmişlər "Qarabağ" (Azərbaycan) “Malmö” (İsveç) "Lüdoqorets" (Bolqarıstan) "Şerif" (Moldova) ÇFR (Rumıniya) "Budye Qlimt" (Norveç) "Ferentsvaroş" (Macarıstan) “Slovan" (Bratislava, Slovakiya) HIK (Finlandiya) TNS (Uels) "Jalgiris" (Litva) “Linkoln” (Cəbəllütariq) "Şemrok Rovers" (İrlandiya) "Düdelanj" (Lüksemburq) Səpələnməmişlər "Zrinski" (Bosniya və Herseqovina) "Lex" (Poznan, Polşa) "Şaxtyor" (Soliqorsk, Belarus) "Sutyeska" (Monteneqro) "Klasksvik" (Farer adaları) "Hibernians" (Malta) "Tobol" (Qazaxıstan) "Şkupi" (Şimali Makedoniya) RFŞ (Latviya) "Dinamo" (Batumi, Gürcüstan) "Tirana" (Albaniya) "Balikani" (Kosovo) “Linfild” (Şimali İrlandiya) İlkin mərhələnin qalibi Ermənistan çempionu Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək. aia.az Geri dön |