Ana Sayfa > Ölkə > 28 May - Müstəqillik Gününə həsr olunmuş "Breyn-Rinq" intellektual oyunu keçirilib.
28 May - Müstəqillik Gününə həsr olunmuş "Breyn-Rinq" intellektual oyunu keçirilib.21-05-2022, 13:02. Yazar: admen |
![]() AİA.Az xəbər verir ki,mayın 20-də Xəzər Rayon Gənclər və İdman İdarəsi və Xəzər Rayon Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Xəzər rayon təhsil işçiləri arasında intellektual oyun keçirilib. Tədbirin keçirilməsində məqsəd gənc müəllimlərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha dərindən öyrənməkdən ibarətdir. Oyunun nəticələrinə əsasən: 149 saylı tam orta məktəb (Axilles) l yer; 241 saylı tam orta məktəb (Şuşa) ll yer; 234 saylı tam orta məktəb (İstiqlal) lll yer. Qalib komandalar İdarə tərəfindən diplom və kubokla təltif ediliblər. Geri dön |