Ana Sayfa > Gündəm > Övladı və nəvəsinin qəbirləri dağıdılan Şirvan sakininin ittihamına DİN münasibət bildirdi
Övladı və nəvəsinin qəbirləri dağıdılan Şirvan sakininin ittihamına DİN münasibət bildirdi20-05-2022, 16:43. Yazar: admen |
Şirvan sakini qohumlarını öz övladının qəbrini dağıtmaqda ittiham edir. Vətəndaş iddia edir ki, məsələnin araşdırmasında polis əməkdaşları tərəfindən zəruri addımlar atılmır. Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Şirvan şəhər sakini Ə.Nuriyev qeyd olunan məsələ ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciət edib: “Daxil olan müraciətlə əlaqədar Şirvan Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir”. Qeyd edək ki, Şirvan sakini Əfrayıl Nuriyev APA TV-yə müraciət edərək, oğlu və bir yaşlı nəvəsinin qəbirlərinin yaxın qohumları tərəfindən dağıdıldığını iddia edib. Əfrayıl və Qonça Hacıəliyeva iddia ediblər ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilsə də, polis şikayətə lazımınca diqqət göstərmir. Ailə məzarı dağıdan şəxs və ya şəxslərin qanunvericiliyə əsasən cəzalandırılmalarını tələb edir. Könül Cəfərli Geri dön |