Ana Sayfa > İdman > Şəhriyar Məmmədyarov 3 heç-heçə, 1 məğlubiyyətlə başlayıb
Şəhriyar Məmmədyarov 3 heç-heçə, 1 məğlubiyyətlə başlayıb20-05-2022, 13:42. Yazar: admen |
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayıb. AİA.Az "Report"a istinadən bildirir ki, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin ilk günündə 4 görüş keçirib. İlk 3 partiyada müvafiq olaraq, Erik Hansen (Kanada), Karlsen və Yorden van Forestlə (Niderland) heç-heçə edən Məmmədyarov sonuncu qarşılaşmada Abhimanyu Mişraya (ABŞ) uduzub. Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda 55,50 xalla 6-cı pillədə qərarlaşıb. Geri dön |