Ana Sayfa > Səhiyyə > Bir gündə 3 mindən çox şəxs peyvənd olunub

Bir gündə 3 mindən çox şəxs peyvənd olunub


19-05-2022, 16:42. Yazar: sevinc1
Bir gündə 3 mindən çox şəxs peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3197 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 451, üç və daha çox doza vaksin vurduranların sayı 2170, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 228 nəfərdir.

aia.az
Geri dön