Ana Sayfa > Media > YAP Göygöl rayon təşkilatı, Gənclər evi SXM ilə birgə “19 May Atatürkü anma, Gənclik və İdman Bayramı” münasibətilə “Nə mutlu türküm deyənə”adlı Dəyirmi masa keçirib
YAP Göygöl rayon təşkilatı, Gənclər evi SXM ilə birgə “19 May Atatürkü anma, Gənclik və İdman Bayramı” münasibətilə “Nə mutlu türküm deyənə”adlı Dəyirmi masa keçirib19-05-2022, 16:14. Yazar: sevinc1 |
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Gənclər evi SXM-nin direktoru Şəhriyar İsmayılzadə, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun köməkçisi Namiq Məmmədov, Göygöl şəhər 1 saylı orta məktəbin direktor müavini Elnur Hacıyev, QƏQİB-in Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, Gənclər İdman İdarəsinin əməkdaşları və digər fəalların iştirak etdiyi tədbir zamanı ilk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, Türk dünyasının Lideri Mustafa Kamal Atatürkün və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göygöl Gənclər evi SXM-nin direktoru Şəhriyar İsmayılzadə dəyirmi masanın mövzusu haqqında məlumat verdikdən sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev dəyirmi masa iştirakçılarını salamlayaraq zəngin və çoxəsrlik tarixə malik olan türk xalqının tarixində əvəzsiz rolu olan Mustafa Kamal Atatürkün həyat fəaliyyətindən və türkçülüyün inkişafındakı əvəzsiz xidmətlərindən söhbət açaraq qeyd etmişdir ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan tarixi əlaqələr zamanın sınağından uğurla çıxıb və bu günədək heç bir kənar qüvvə bu əbədi bağlılığa zərər vura bilməyib. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Ümummilli lider Heydər Əliyevin ifadə etdiyi “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin bu gün ən yüksək zirvəyə yüksəldiyini bildirərək, Türkiyə və Azərbaycanı birləşdirən tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız kimi bir çox amillərin olduğunu, Azərbaycan və Türkiyənin dünya çapında nadir əməkdaşlıq, iş birliyi və müttəfiqlik nümunəsi göstərdiyini qeyd etmişdir. Vüqar İsayev xüsusi vurğulamışdır ki, ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycana 44 günlük Vətən müharibəsində daim mənəvi-siyasi dəstək verən qardaş Türkiyə Böyük Zəfərin sevincini bizimlə birgə yaşamışdır.Bu gün dəniz üzərində inşa edilən nəhəng layihə Rize-Artvin Hava Limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı da hər iki ölkə arasında münasibətlərin daim ən yüksək səviyyədə olduğunu göstərir. Bu qardaşlıq münasibətlərinin qorunması və əbədi olması üçün bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Sonra çıxış edən gənc fəal Ülvi Hacızadə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat fəaliyyəti barədə geniş və ətraflı nitq söyləmişdir. Digər natiqlər Elnur Haçıyev və Namiq Məmmədov çıxış edərək Türkiyə-Azərbaycan dostluğundan və qardaşlığından danışmış, bu birliyin əbədi olmasını təmin etmək üçün üzərimizə düşən vəzifə və öhdəliklərdən danışmışlar. Sonda Mustafa Kamal Atatürkün həyatına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. aia.az Geri dön |