Ana Sayfa > Cəmiyyət > Bakıda qadının üzərinə silah çəkdilər

Bakıda qadının üzərinə silah çəkdilər


16-05-2016, 14:24. Yazar: admin

DİN məlumat yaydı.

Bakıda mağazada işləyən qadını tüfənglə hədələyən şəxs tutulub.

Aia.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-də Xəzər rayonunun Zirə qəsəbə sakini Şəfa Əkbərova 1-ci Polis Bölməsinə müraciət edərək həmin gün işlədiyi mağazada İsmixan adlı şəxsin tüfənglə onu öldürəcəyi ilə hədələməsini bildirib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini İsimxan Əliyev saxlanılıb, hadisədə istifadə etdiyi “Striker” markalı tir tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Aia.az
Geri dön