Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Bakıda bir həftə komada qalan üçaylıq körpənin həyatı xilas edildi

Bakıda bir həftə komada qalan üçaylıq körpənin həyatı xilas edildi


19-05-2022, 11:18. Yazar: sevinc1
Bakıda bir həftə komada qalan üçaylıq körpənin həyatı xilas edildi

Təxminən bir həftəyə yaxın koma vəziyyətində olan üçaylıq körpənin həyatı xilas olunub.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, Mərkəzin nəzdində olan 2 saylı Uşaq Klinik Xəstəxanasının həkimləri olduqca ağır vəziyyətdə gətirilən üçaylıq körpədə ikitərəfli bronxopnevmoniya, ikitərəfli atalektaz, sağ tərəfə ağciyərin dislokasiyası diaqnozunu qoyublar. Eyni zamanda qıcolma sindromundan əziyyət çəkən körpə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib və ciddi nəzarətə alınıb.

Həyat əlamətləri yetərincə aşağı olan körpə may ayının 9-da süni tənəffüs aparatına bağlanıb və altı-yeddi gün boyunca zondla qidalandırılıb.

Ümidlərini itirməyən həkimlərin davamlı və düzgün müalicəsi nəticəsində ötən gün körpə həyata qaytarılıb.

Hazırda körpənin vəziyyəti tam stabildir və reanimasiyadan çıxarılaraq müalicəsinin davam etdirilməsi üçün xəstəxananın Patologiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, körpənin bütün müayinə və müalicə xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.

aia.az
Geri dön