Ana Sayfa > Karusel / Gündəm > Laçında itkin düşən hərbçilərin axtarışları davam edir

Laçında itkin düşən hərbçilərin axtarışları davam edir


18-05-2022, 17:54. Yazar: sevinc1
Laçında itkin düşən hərbçilərin axtarışları davam edir

Mart ayının 5-də Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş 2 hərbi qulluqçusunun axtarışları davam etdirilir.

Bu barədə aia.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçuların tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır: “Dağlara yağan qar hələ də tam əriməyib. Bunlar isə axtarış tədbirlərini çətinləşdirir. Lakin buna baxmayaraq itkin düşən hərbçilərimizin axtarışı davam edir”.

Xatırladaq ki, bu il martın 5-də Laçın rayonu ərazisində Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.

aia.az
Geri dön