Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda 5 nəfər koronavirusa yoluxub -

Azərbaycanda 5 nəfər koronavirusa yoluxub -


18-05-2022, 16:44. Yazar: sevinc1
Azərbaycanda 5 nəfər koronavirusa yoluxub -

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 792 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 933 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 42 nəfərdir.

Ölkədə son sutka ərzində 3 919, hazırkı dövrədək isə 6 862 217 test aparılıb.

aia.az
Geri dön