Ana Sayfa > Manşet / Siyasət > Rusiyanın əlindən Qarabağ rıçaqı tamamilə çıxır -

Rusiyanın əlindən Qarabağ rıçaqı tamamilə çıxır -


18-05-2022, 12:02. Yazar: sevinc1
Rusiyanın əlindən Qarabağ rıçaqı tamamilə çıxır -

"Rusiya ordusu Ukraynanın bir çox şəhər və qəsəbələrindən geri çəkilməyə məcbur edildi".

Bunu Milli.Az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, ABŞ və müttəfiqləri Rusiyanı çökdürməyənə kimi dayanmayacaq:

"Bu gedişlə Rusiyanın tamamilə öz sərhədlərinə kimi geri çəkiləcəyi istisna edilmir. Bu da Moskvanın üç aydır Ukraynada davam etdirdiyi müharibədən məğlub ayrılması demək olacaq.

Hesab edirəm ki, Rusiya artıq "uğurlar" haqqında deyil, uçuruma doğru gedən iqtisadiyyatı haqqında düşünməlidir. Ukrayna və onun müttəfiqləri qalib gələcək, Rusiya isə nəticədə parçalanacaq.

Artıq Rusiyanın əlindən Gürcüstanın Abxaziya, Şimali Osetiya, Ukraynanın Krım, Donbass, Moldovanın Dnestryanı, Azərbaycanın Qarabağ rıçaqları çıxmaqdadır. Çünki Ukrayna Rusiya üçün son dayanacaq olacaq.

Kreml üçün bundan artığı mümkün deyil, çünki ABŞ və müttəfiqləri nəhayət Rusiyanı necə çökdürməyi bilirlər və bu yoldan dönəcək kimi görünmürlər".

aia.az
Geri dön