Ana Sayfa > Cəmiyyət > Dekan qəzaya düşdü

Dekan qəzaya düşdü


16-05-2016, 13:34. Yazar: admin


Bakı-Qazax maqistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Aia.az anspress-ə istinadən bildirir ki, Gəncə şəhər sakini 1936-cı il təvəllüdlü Zahid Hümmət oğlu Abbasov Bakıdan Gəncəyə gələrkən Kürdəmir rayonu ərazisində qəza törədib. Hadisə zamanı avtomobildə sürücü ilə birlikdə 3 nəfər olub. Digər iki nəfər qəzadan xəsarətsiz ötüşsə də, 80 yaşlı Zahid Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkən əvvəlcə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Xəstəxanadan yaralının vəziyyətinin orta-ağır olduğunu bildirdilər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Zahid Abbasov fizika-riyaziyyat elmləri namizədi, Gəncə Dövlət Universitetinin həndəsə və cəbr kafedrasının dosentidir. O, universitetin müəllimi və riyaziyyat fakültəsinin dekanı işləyib.

Ölkə ərazisində qeydə alınan sonuncu qəza Biləsuvarda baş verib. Ələt - Astara magistral yolunun 94-cü kilometrliyində, Biləsuvar rayonu ərazisində Cəlilabad rayon sakini Əlifağa İsayevin idarə etdiyi "Qazel" markalı yük maşını həmyerlisi Vüsal İbrahimovun idarə etdiyi "Mersedes" markalı avtomobilə, sonra Quba sakini Həmzə Ağayevin idarə etdiyi "Siat" markalı maşına, daha sonra Biləsuvar rayon sakini Kamal Abdullayevin idarə etdiyi "Pejo" markalı minik avtomobilinə çırpılıb.

Zəncirvari qəza nəticəsində "Pejo"nun sürücüsü hadisə yerində dünyasını dəyişib. "Qazel"in sürücüsü və onun oğlu, 28 yaşlı Elməddin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dekan qəzaya düşdü
Geri dön