Ana Sayfa > Ölkə > Taxıl sahəsində oynayan 3 yaşlı uşağı ilan sancdı

Taxıl sahəsində oynayan 3 yaşlı uşağı ilan sancdı


17-05-2022, 10:17. Yazar: sevinc1
Taxıl sahəsində oynayan 3 yaşlı uşağı ilan sancdı

Ağdaş rayonunda 3 yaşlı uşağı ilan sancıb.

aia.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

O qeyd edib ki, hadisə rayon ərazisindəki taxıl sahələrinin birində baş verib. 2019-cu il təvəllüdlü Emin Niftəliyev bacısı ilə taxıl sahəsində oynayarkən onu qəfil ilan sancıb.

3 yaşlı körpə valideynlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan isə ağır vəziyyətdə Bakıya Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatı xilas edilib.

aia.az
Geri dön