Ana Sayfa > Karusel / Ölkə > Vətəndaşların NƏZƏRİNƏ:
Vətəndaşların NƏZƏRİNƏ:17-05-2022, 09:25. Yazar: sevinc1 |
Bu gün Şəki rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatana qədər “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla bir qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. aia.az Geri dön |