Ana Sayfa > İdman > Mahir Emreli Xorvatiya çempionu olub
Mahir Emreli Xorvatiya çempionu olub16-05-2022, 14:23. Yazar: admen |
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində Xorvatiya çempionu olub. AİA.Az "Report"a istinadən bildirir ki, bu, XXXV turda səfərdə "Şibenik" üzərində 2:0 hesablı qələbə sayəsində mümkün olub. Beləliklə, sona 1 tur qalmış xalını 76-ya çatdıran "Dinamo" ən yaxın izləyicisi "Hayduk"u 4 xal geridə qoyub. Beləliklə, paytaxt təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 23-cü dəfə Xorvatiya çempionu olub. Qeyd edək ki, Mahir Emreli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib. Geri dön |