Ana Sayfa > Seçki 2024 > Samuxda meliorativ tədbirlər uğurla davam edir.

Samuxda meliorativ tədbirlər uğurla davam edir.


16-05-2022, 10:06. Yazar: sevinc1
Samuxda meliorativ tədbirlər uğurla davam edir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AİA.Az-a bildirib ki, Samux Suvarma Sistemləri İdarəsi, rayonun 28266 hektar suvarılan torpaqlarına xidmət edir. Suarma mövsümündə problemlərin olmaması üçün maşın mexanizmlər vasitəsi ilə kanallarda və çaylarda lildən təmizləmə işləri, məcra təmizləmə və selə qarşı tədbirlər aparılır. İnşaat birqadası kanallarda suyun maneəsiz ötrülməsi üçün əl ilə lildən təmizləmə , kol-kosun təmizlənməsi, boru xətlərinin təmiri, betonlanma işlərinin aparılması cari və əsaslı təmir işləri həyata keçirilir.

Rayonda əkin sahələrinin suvarılması üçün uzunluğu 726,5 km olan təsərrüfatdaxili və təsərrüfatarası kanallar mövcudur. Torpaqların suvarılması üçün kanallarda 2022-ci ilin I rüb ərzində rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda 114 min m3 yəni 162 km lildən təmizləmə işləri aparılmışdır. Kanallarda və çaylarda 12 min m3 sahilbərkitmə və selə qarşı torpaq işləri görülüb.

Geri dön