Ana Sayfa > Gündəm > Səfa Mirzəyev vəzifəsindən ÇIXARILDI
Səfa Mirzəyev vəzifəsindən ÇIXARILDI13-05-2022, 13:29. Yazar: sevinc1 |
![]() Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib. AİA.Az report-a istinadən xəbər verir ki, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat olmayıb. Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub. 70 yaşı tamam olmazdan bir gün əvvəl Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, 1990-1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyirdi. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub. 6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi. Geri dön |