Ana Sayfa > Manşet / Gündəm > "Nəşriyyatlar can verir" -
"Nəşriyyatlar can verir" -13-05-2022, 11:43. Yazar: sevinc1 |
"Nəşriyyatlar can verir. Qəzetlər can verib qurtarıb artıq". aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib. O bildirib ki, yanvar ayından etibarən kağız üzərindən ƏDV götürülməli idi: "İndi nə kitab, nə də qəzet oxuyan var. Kitab oxumayan millətin gələcəyi yoxdur. Biz dünyada ən az kitab oxuyan millətik". Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə etiraz edib: "Belə statistikaya rast gəlməmişəm. Kitab oxuyan hər zaman oxuyar". aia.az Geri dön |