Ana Sayfa > İdman / Seçilənlər-3 / Seçilənlər-5 / Manşet > Oleq Stepkoya gümüş medalı Mehriban Əliyeva təqdim etdi

Oleq Stepkoya gümüş medalı Mehriban Əliyeva təqdim etdi


20-06-2015, 16:35. Yazar: admin

O 14,600 xal toplayıb.

Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 31-ci medalı Oleq Stepko qazandırıb.

Aia.az -ın Apasport.az-a istinadən məlumatına görə, komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə isə gümüş medal qazanan təmsilçimiz 3-cü mükafatını əldə edib.

Bu gün 4 müxtəlif hərəkətdə - gimnastika atı, həlqələr, dayaqla tullanma və paralel qollarda qüvvəsini sınayan Stepko gimnastika atında hərəkətlərdə 14,600 xalla 2-ci olub.

Stepkonun uğurlu çıxışını Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.

Fəxri kürsüyə qalxan Stepkoya gümüş medalı ölkənin birinci xanımı, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.

Qeyd edək ki, gimnastımız digər 3 hərəkətdə çıxışını davam etdirir.
Geri dön