Ana Sayfa > Gündəm > YAP Lənkəran raon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının fəal gəncləri ilə görüş keçirilib

YAP Lənkəran raon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının fəal gəncləri ilə görüş keçirilib


12-05-2022, 18:56. Yazar: sevinc1
YAP Lənkəran raon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının fəal gəncləri ilə görüş keçirilib

YAP Lənkəran raon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının fəal gəncləri ilə görüş keçirilib. Tədbirdə YAP Lənkəran rayon təşkilatının Məsul şəxsi Böyükağa Axundov,YAP Lənkəran rayon 4 saylı ərazi partiya təşkilatının sədr müavini Cəmil Quliyev iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda canından keçən şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Böyükağa Axundov bildirib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ulu öndər Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Təsadüfi deyil ki, məhz Ulu Öndər ölkə gənclərinin ilk forumunu təşkil etdi və o zamanın gəncləri olan bizlərə “2 fevral - Azərbaycan Gəncləri Günü”nü ərmağan etdi. Məhz bu tarixdən sonra gənclərin önü açıldı. Onların təhsil almağı üçün şəraitləri yaxşılaşdı, dövlət işlərində irəliyə çəkilməsi gündəmə gəldi. Bu addım ulu öndər Heydər Əliyevin xalqı və onun işıqlı gələcəyi qarşısında müstəsna xidməti idi. 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasəti daha da şaxələndirilərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. Ölkədə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki, Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə xüsusi həssalıqla yanaşır. VII qurultaydan sonra YAP Gənclərinin gördüyü işlərdən əhatəli bəhs edib. Böyükağa Axundov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin yaradılan imkanlardan istifadə edərək qazandıqları uğurlardan danışıb. Qeyd edib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər. Tarixi Zəfər digər amillərlə bərabər, həm də Azərbaycanda düzgün gənclər siyasəti aparılmasının iftixar doğuran nəticəsidir. YAP Lənkəran rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyev 44 günlük müharibədə əldə olunan Zəfərdə gənclərin rolunu xüsusi vurğulayır.

Tədbirdə çıxış edən YAP lənkəran Rayon 4 saylı ərazi partiya təşkilatının sədr müavini Cəmil Quliyev Partiyanın yarandığı ilk gündən onun fəaliyyətində gənclərin böyük rolunun olduğunu vurğulayıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının gəncləri hər zaman dövlətimizin əbədiliyini, nüfuzunu daim qoruyub saxlayacaq. Bunun üçün ulu öndər Heydər Əliyev tərəfindən çox etibarlı zəmin yaradılıb. Ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzunun artırılması üçün Prezident İlham Əliyev tərəfindən mühüm işlər görülür. “Otuz il həsrətində olduğumuz torpaqlarımıza artıq qovuşmuşuq. Bu uğurun əsasında düzgün siyasət dayanır. Vətən müharibəsində xalqımız Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək böyük Zəfər qazanıb. Təbii ki, burada Azərbaycan gəncliyinin çox böyük rolu var”

Müzakirə formatında davam edən görüşdə gənclərin təklifləri dinlənilib, onları düşündürən məsələlərlə bağlı sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkilib .

aia.az
Geri dön