Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxub?
Azərbaycanda bir gündə neçə nəfər koronavirusa yoluxub?11-05-2022, 17:00. Yazar: sevinc1 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 792 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 872 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 70 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 861, bu günə qədər isə ümumilikdə 6 842 319 test icra olunub. aia.az Geri dön |