Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Məktəbli qızı xilas edərkən xəsarət alan gömrükçünün son durumu açıqlandı

Məktəbli qızı xilas edərkən xəsarət alan gömrükçünün son durumu açıqlandı


11-05-2022, 10:01. Yazar: sevinc1
Məktəbli qızı xilas edərkən xəsarət alan gömrükçünün son durumu açıqlandı

İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi həftəsonu evə buraxılacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı Zahid Niyazovun vəziyyəti günbəgün stabilləşir.

Onun müalicə aldığı Mərkəzi Gömrük Hospitalından həftəsonu evə buraxılması gözlənilir.

Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.

aia.az
Geri dön