Ana Sayfa > Seçki 2024 > YAP Göygöl rayon təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı keçirilən silsilə tədbirlər başa çatdı

YAP Göygöl rayon təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı keçirilən silsilə tədbirlər başa çatdı


10-05-2022, 17:55. Yazar: sevinc1
YAP Göygöl rayon təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı keçirilən silsilə tədbirlər başa çatdı


YAP Göygöl rayon təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Keçirilən tədbirlər sırasında ”Xalqa bağışlanan ömür” mövzusunda elmi praktik konfrans, “Sən elə bir zirvəsən” mövzusunda dəyirmi masa, məktəblilər arasında inşa, rəsm, musiqi və gənc istedadlar müsabiqələri, şahmat yarışı və “Breyn-Rinq” intellektual oyunu yer almış, gənclərin Heydər Əliyev mərkəzinə ekskursiyaları təşkil olunmuşdur.

10 may 2022-ci il tarixdə YAP Göygöl rayon təşkilatı tərəfindən silsilə tədbirlərin yekunu ilə bağlı keçirilən yığıncaq zamanı ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, abidə önünə gül dəstələri düzülüb.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yığıncaq iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət himninin səsləndirilməsi ilə işə başlayan yığıncaqda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yığıncağı açıq elan edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının son 30 ildəki inkişafı, Heydər Əliyev nurundan yaranmış Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açmış, bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışmış, Ulu Öndər Heydər Əliyevin sözün əsil mənasında ömrünü Azərbaycan xalqına, dövlətçiliyimizin inkişafına həsr etdiyini vurğulayaraq, xalqın və dövlətin bu günü üçün xalqımızın Heydər Əliyevə borclu olduğunu bildirmiş və ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin həyatımızın bütün sahələrini əhatə etdiyini, daim yeni-yeni uğurlara imza atıldığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu bildirmişdir.

Sonda keçirilən silsilə tədbirlər zamanı fərqlənən şəxslərə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış fəxri fərmanlar, diplomlar və qiymətli hədiyyələr verilmiş, partiya üzvlüyünə yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilmişdir.





Geri dön