Ana Sayfa > Karusel / Gündəm > Xəzərdə aşkarlanan gəmi minaları

Xəzərdə aşkarlanan gəmi minaları


10-05-2022, 17:22. Yazar: sevinc1
Xəzərdə aşkarlanan gəmi minaları

Xəzər dənizinin Azərbaycan sektorunda aparılan ərazi kəşfiyyatı zamanı suyun 60 metrədək dərinliyində aşkar edilən 6 ədəd böyük gəmi minasının (КБ-1) zərərsizləşdirilməsi prosesi mayın 10-da uğurla başa çatıb.

Bu barədə aia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi Dəniz Qüvvələrinin aidiyyəti üzrə gəmiləri və ixtisaslaşdırılmış mütəxəssisləri tərəfindən minalar təhlükəsizlik tədbirlərinə əməl edilməklə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zərərsizləşdirilib.

Minaların zərərsizləşdirilməsi prosesinə ümumilikdə 4 hərbi gəmi, 4 kater və 133 nəfər hərbi qulluqçu cəlb olunub.

Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda bütün fəaliyyətlər adi qaydada davam etdirilir.

aia.az
Geri dön