Ana Sayfa > İdman > "Qarabağ" klubu dünya reytinqində "100-lüy"ə daxil olub

"Qarabağ" klubu dünya reytinqində "100-lüy"ə daxil olub


10-05-2022, 15:40. Yazar: admen
"Qarabağ" klubu dünya reytinqində "100-lüy"ə daxil olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

AİA.Az Report-a istinadən xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

Aktivində 136 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 7 pillə irəliləyərək 99-cu yerə yüksəlib.

"Ağ-qaralar" isə 87 xalla 237-ci mövqedən 221-ci sırayadək irəliləyib.

İlk "3-lük"də 305 xalla "Çelsi" (İngiltərə), 304 xalla "Atletiko Mineyro" və 296 xalla "Palmeyras" (hər ikisi Braziliya) qərarlaşıb.


Geri dön