Ana Sayfa > Təhsil > UNEC-in nəzdində Sosial- İqtisadi Kollecdə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edildi

UNEC-in nəzdində Sosial- İqtisadi Kollecdə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edildi


10-05-2022, 15:32. Yazar: sevinc1
UNEC-in nəzdində Sosial- İqtisadi Kollecdə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edildi

AİA.Az xəbər verir ki,bu gün UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Ulu Öndər Heydər Əliyevin anadan olmasından 99-cu ildönümü münasibətilə tədbirlər planına uyğun olaraq “Müasir Azərbaycanın qurucusu”adlı tədbir keçirildi.

Tədbirdən öncə iştirakçılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verildi. Sonra Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri və müasir Azərbaycanın qurulmasında oynadığı roldan bəhs edən videoçarx nümayiş etdirildi.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tələbələr arasında kecirilən inşa və şeir müsabiqəsinin qalibləri elan olundu.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə zirvəsən”adlı respublika müsabiqəsində şeir nominasiyası üzrə 2-ci yeri tutan “Maliyyə işi” ixtisasının 1-ci kurs tələbəsi Aydan Ələkbərovanın diplomu təqdim edildi.
Sonda tədbirlər planına uyğun olaraq kollecin “İnformatika Fənn Birləşməsinin” təşkil etdiyi Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırıldı.

Kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək bildirdi ki, müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır. Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsinin ucalığı illər ötdükcə daha aydın görünəcək.
Geri dön