Ana Sayfa > Manşet / Siyasət > "Ermənistanın 6 bəndlə cavabını təklif adlandırmaq olmaz" -

"Ermənistanın 6 bəndlə cavabını təklif adlandırmaq olmaz" -


10-05-2022, 11:51. Yazar: sevinc1
"Ermənistanın 6 bəndlə cavabını təklif adlandırmaq olmaz" -

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipinə yanaşmasından danışıb.

aia.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, Ermənistanın Azərbaycanın təkliflərinə 6 bəndlə cavabını təklif adlandırmaq olmaz.

"Bu, sadəcə onların reaksiyasıdır", - deyə Ceyhun Bayramov əlavə edib.

"Mən o 6 bənddən ibarət reaksiyanın bir neçəsini sadalaya bilərəm və siz də qənaətə gələ bilərsiniz ki, bunu nə qədər təklif adlndırmaq olar”-Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, Ermənistanın reaksiyası hardasa Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın sülh gündəliyi ilə bağlı 5 maddəlik baza prinsipinə 6 bəndlə cavab verildiyini açıqlayıb.

aia.az
Geri dön