Ana Sayfa > Aia TV > Bakıda türkiyəli biznesmenə qarşı CİNAYƏT
Bakıda türkiyəli biznesmenə qarşı CİNAYƏT15-05-2016, 21:50. Yazar: admin |
Bakıda fəaliyyət göstərən türkiyəli biznesmen üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Aia.Az lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə müraciət edən Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Güntekin Bayram Şevket oğlu 6890 manatının mənimsənildiyini bildirib. Şikayətçi qeyd edib ki, 2014-cü ilin 12 fevral tarixində İsmayıl İnam adlı şəxs ona məxsus olan və Ziyan Bünyadov prospektində yerləşən "Yavuzlar" inşaaat materialları mağazasından xeyli mal götürüb. Lakin həmin şəxs borcunu 2 ildən artıqdır ki, ödəmir. Müraciət əsasında araşdırma aparılır. aia.az Geri dön |