Ana Sayfa > Media > C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrı yeni tamaşa ilə səhnəyə çıxdı
C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrı yeni tamaşa ilə səhnəyə çıxdı10-05-2022, 08:41. Yazar: sevinc1 |
Dünən R. Behbudov adına Mahnı Teatrında C. Cabbarlı adına İrəvan Dövlət Azərvaycan Dram Teatrı Özbəkistanın tanınmış yazıçı-dramaturqu Qoçqar Norqobilin “Beş dul qadın və rəis” əsəri tamaşaya qoyulmuşdur. Tamaşa başlamazdan əvvəl teatrın rəhbəri, respublikanın “Əməkdar mədəniyyət işçisi” İftixar Piriyev Özbəkistandan gələn qonaqları və tamaşaçıları salamladı. O bildirdi ki, bu il teatrın 140 illiyi tamam olur. Bu mövsümdə artıq ikinci pimyeranı təqdim edirik. Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə səhnələşdirilən bu tamaşa qonaqların və Azərbaycan tamaşaçısının xoşuna gələcəyindən əminik. Millət vəkili Qənirə Paşayeva da çıxış edərək bildirdi ki, Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin inkişaf etməsi, iki qardaş ölkənin daha da yaxınlaşmasına xidmət edir. Məsələn Özbəkistanda “Qaynana”, “Əhməd haradadır” və s. kimi filimlər tərcümə olunmadan nümayiş etdirilir. Onlar hətta hansı mahnının hansı filmdən olduğunu belə əzbər bilirlər. Tədbirdə bir müddət Qırğızstanda Azərbaycanın səfiri işləmiş, yazıçı-dramaturq Hidayət Orucov da iştirak edirdi Teatrın baş rejissoru, respublikanın əməkdar artisti Sərvər Əliyevin hazırladığı səhnə əsəri Özbəkistandan gələn müəllifin və çoxsaylı qonaqların iştirakı və komik, maraqlı səhnə hadisələri ilə yadda qaldı. Yaşar Zeynalov Geri dön |