Ana Sayfa > Dünya > Zelenodolsk icması yenidən atəşə tutulub
Zelenodolsk icması yenidən atəşə tutulub9-05-2022, 14:07. Yazar: admen |
Rus əsgərləri Dnepropetrovsk vilayətinin Zelenodolsk icmasını yenidən atəşə tutublar. AİA.Az bildirir ki, bu haqda Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko Telegram-da məlumat verib. "Gecə düşmən yenidən Zelenodolsk icmasını atəşə tutub. Onlar Bolşaya Kostromka kəndinin kənarını vurublar. Bir neçə küçə işıqsız qalıb", - Rezniçenko qeyd edib. Administrasiyasının rəhbəri xəsarət alanların olmadığını vurğulayıb. Geri dön |