Ana Sayfa > Seçki 2024 > Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş silsilə tədbirlər məktəblilər arası inşa yazı müsabiqəsi ilə davam edir

Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş silsilə tədbirlər məktəblilər arası inşa yazı müsabiqəsi ilə davam edir


7-05-2022, 13:46. Yazar: admen
Göygöl rayonunda  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş silsilə tədbirlər məktəblilər arası inşa yazı müsabiqəsi ilə davam edir

AİA.Az xəbər verir ki,bu gün YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində Göygöl rayon tam orta məktəb şagirdləri arasında “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Yarışma zamanı ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnşa yazı müsabiqəsi iştirakçıların fəallığı ilə davam edərək I, II, III yerlər üzrə qaliblər müəyyən olunmuşdur.

İnşa yazı müsabiqəsi də daxil olmaqla keçirilən silsilə tədbirlər zamanı fərqlənən şəxslərin 10 May 2022-ci il tarixdə YAP Göygöl rayon təşkilatının binasında keçiriləcək yekun tədbirində fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunması nəzərdə tutulur.
Geri dön