Ana Sayfa > Ölkə > Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib
Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib6-05-2022, 19:52. Yazar: admen |
Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycana təxliyə olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb. Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib. AİA.Az Geri dön |