Ana Sayfa > Karusel / Gündəm > Daha 9 azərbaycanlı Ukraynadan Vətənə gətirildi

Daha 9 azərbaycanlı Ukraynadan Vətənə gətirildi


6-05-2022, 18:02. Yazar: sevinc1
Daha 9 azərbaycanlı Ukraynadan Vətənə gətirildi

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilir ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyyə olunublar.

aia.az xəbər verir ki, təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

aia.az
Geri dön