Ana Sayfa > Siyasət > Fəzail İbrahimli: Ümummilli Liderin siyasi rəhbərliyə gəlişindən sonra Azərbaycanın iqtisadi-siyasi həyatında dönüş yarandı
Fəzail İbrahimli: Ümummilli Liderin siyasi rəhbərliyə gəlişindən sonra Azərbaycanın iqtisadi-siyasi həyatında dönüş yarandı6-05-2022, 17:02. Yazar: sevinc1 |
![]() Azərbaycan tarixinin ən şərəfli səhifələri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir millətin tarixində çox görkəmli bir liderin olması o millətin taleyini həll edir. Ulu öndər Heydər Əliyevin timsalında Azərbaycan xalqının tarixi taleyi həll olundu. Keçmiş İttifaq respublikaları arasında Azərbaycan sonuncu yerlərdən birini tuturdu. Ümummilli Lider о vaxt siyasi rəhbərliyə gəlişindən sonra Azərbaycanı dünyaya təqdim etdi. Azərbaycanın iqtisadi, siyasi və mənəvi həyatında bir növ dönüş yarandı. Bu fikirləri Milli Məclis sədrinin müavini Fəzail İbrahimli jurnalistlərə müsahibəsində söyləyib. Fəzail İbrahimli bildirib ki, Ulu Öndər Azərbaycanın tarixində yeni eranın əsasını qoydu. “Hakimiyyətdə olduğu və imperiyanın tərkibində fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın taleyi həmişə Ulu Öndərin diqqətində olub. Ümummilli lider Heydər Əliyevin yeganə nisgili Qarabağ məsələsi idi. Ulu Öndərin Qarabağla bağlı vəsiyyətinin Prezident İlham Əliyev tərəfindən yerinə yetirilməsi ilə Ümummilli Liderin o nisgilinə də son qoyuldu”, - deyə Milli Məclis sədrinin müavini əlavə edib. Geri dön |