Ana Sayfa > Ölkə > "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" adlı tədbir keçirilmişdir.

"Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" adlı tədbir keçirilmişdir.


6-05-2022, 16:48. Yazar: sevinc1
"Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" adlı tədbir keçirilmişdir.

AİA.Az xəbər verir ki, mayın 6-da Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Dilşad Nuriyeva, aparıcı məsləhətçi Elçin Bəşirov, Gənclər Evinin əməkdaşı Vaqif Babayev, müəllimlər və məktəblilər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Xəzər Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Dilşad Nuriyeva çıxış edərək tədbir iştirakçıları salamlamış və Heydər Əliyevin həyat yolu, fəaliyyəti və Gənclər siyasətindəki mühüm rolu haqqında ətraflı məlumat vermişdir.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən ibarət video-çarx nümayiş etdirilib.
Geri dön