Ana Sayfa > İdman > “Kəpəz”lə “Turan” rəsmən Premyer Liqada

“Kəpəz”lə “Turan” rəsmən Premyer Liqada


6-05-2022, 13:01. Yazar: sevinc1
“Kəpəz”lə “Turan” rəsmən Premyer Liqada

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

aia.az xəbər verir ki, iclasda 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Qarabağ" FK, "Neftçi" PFK, "Zirə" PFK, "Şamaxı" FK, "Sabah FK", "Qəbələ" İK

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
"Səbail" PFK, "Sumqayıt" FK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Səbail" PFK, "Sumqayıt" FK, "Kəpəz" PFK, "Turan Tovuz" PFK

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
"Qaradağ-Lökbatan" FK, "Zaqatala" FK, MOİK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd: 1. "UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 13-cü maddəsinə müvafiq olaraq, 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

aia.az
Geri dön