Ana Sayfa > Seçki 2024 > Zəngilanda "ağıllı kənd" layihəsi beş komponentdən ibarətdir - Aqrar İnnovasiyalar Mərkəzi

Zəngilanda "ağıllı kənd" layihəsi beş komponentdən ibarətdir - Aqrar İnnovasiyalar Mərkəzi


6-05-2022, 12:23. Yazar: sevinc1
Zəngilanda "ağıllı kənd" layihəsi beş komponentdən ibarətdir - Aqrar İnnovasiyalar Mərkəzi

Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsi beş komponentdən ibarətdir.

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abbasov FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, layihə müəssisələrin, evlərin tikintisini, alternativ enerji sahəsində addımları əhatə edir.

"Bu kəndin sakinləri tətbiq vasitəsilə suvarmanı, qaz sistemini idarə edə biləcək. Bunun üçün müvafiq sistemlərin inteqrasiyası üzrə işlər aparılacaq", - deyə o bildirib.
Geri dön