Ana Sayfa > Karusel / Gündəm > DİN və Penitensiar Xidmət birgə
DİN və Penitensiar Xidmət birgə6-05-2022, 11:47. Yazar: sevinc1 |
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı tərəfindən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bu barədə aia.az-a Xidmətdən məlumat verilib. Bildirilib ki, Oğuz rayonunun Bucaq kəndində yolun kənarında meşəlik ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd əl qumbarası və 78 ədəd 7.62 mm-lik avtomat güllələri aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |