Ana Sayfa > Karusel / Gündəm > Bakıda kafedə dava:
Bakıda kafedə dava:6-05-2022, 09:45. Yazar: sevinc1 |
Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib. APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb. Belə ki, kafedə müştəri olan 1987-ci il təvəllüdlü Musayev Ramil Bağı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. aia.az Geri dön |