Ana Sayfa > Qərbi Azərbaycan > Külli miqdarda narkotik dövriyyəsində ittiham olunaraq 6 il həbs cəzası verilmiş şəxs bəraət alıb

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunaraq 6 il həbs cəzası verilmiş şəxs bəraət alıb


6-05-2022, 08:34. Yazar: sevinc1
Külli miqdarda narkotik dövriyyəsində ittiham olunaraq 6 il həbs cəzası verilmiş şəxs bəraət alıb

AİA.Az APA-ya istinadən bildirir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə araşdırılan iclasda Elşən Əsgərovun vəkili Pərviz Hümbətov müdafiə çıxışı edib.

Vəkil çıxışında müvəkkilinin verilmiş ittihamlarla əlaqəsi olmadığını və birinci instansiya məhkəməsində cinayət işinin düzgün araşdırmadığını bildirib.

Məhkəmədə qərar elan olunub. Qərara əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ittiahmedici hökmü ləğv edilib.

Elşən Əsgərova ittiham olunduğu hər iki maddə ilə bəraət verilərək məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Elşən Əsgərov 2020-ci ilin mart ayında Astara Rayon Polis Şöbəsi tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 234.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Geri dön