Ana Sayfa > Gündəm > Parlamentdə kişilər üçün pensiya yaşının 60, qadınlar üçün 50 olması təklif edilib

Parlamentdə kişilər üçün pensiya yaşının 60, qadınlar üçün 50 olması təklif edilib


5-05-2022, 16:20. Yazar: sevinc1
Parlamentdə kişilər üçün pensiya yaşının 60, qadınlar üçün 50 olması təklif edilib

"Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür".

AİA.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, ölkədə uzun ömürlülük yaşı o qədər də yuxarı deyil: "İnsanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır. Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 50 etsək, daha optimal olar".
Geri dön