Ana Sayfa > Dünya > Eurovision-da Azərbaycana hansı ölkələr səs verib? - SİYAHI

Eurovision-da Azərbaycana hansı ölkələr səs verib? - SİYAHI


15-05-2016, 12:40. Yazar: admin
Eurovision-da Azərbaycana hansı ölkələr səs verib? - SİYAHI






Builki Eurovision mahnı müsabiqəsində Azərbaycan ən çox balı Rusiyaya verib. Azərbaycanın tamaşaçı və juriləri öz səslərini aşağıdakı formada bölüşdürüblər:

Rusiya - 12 xal

Ukrayna - 10 xal

Bolqariya - 8 xal

Macarıstan - 7 xal

İsrail - 6 xal

Malta - 5 xal

Fransa - 4 xal

Polşa - 3

Avstriya - 2

Gürcüstan - 1 xal

Bu il yarışmada Səmranın "Miracle" mahnısı ilə təmsil olunan Azərbaycana ən yüksək, yəni 12 xal verən olmayıb. Bolqarıstan və Ukrayna ölkəmizə 10, Belarus və Moldova isə 8 xal verib.

Qeyd edək ki, Ukraynanı təmsil edən müğənni Camala peşəkar juri və tamaşaçıların verdiyi səs sayına görə müsabiqənin qalibi olub. Jurinin səs verməsi nəticəsində o, 2-ci yerə çıxıb, tamaşaçıların verdiyi səs isə nəticədə onu müsabiqənin birincisi edib.

İkinci yeri Avstriya təmsilçisi Demi İm tutub. O jüri səsverməsinin lideri olub, lakin tamaşaçıların səsverməsi ölkəni birinci yerdə saxlaya bilməyib.

Üçüncü yerdə qərarlaşan Rusiya təmsilçisi Sergey Lazarev peşəkar juri tərəfindən 5-ci yerə layiq görülüb. Daha yüksək nəticə əldə etməyə isə ona tamaşaçı səsi kömək edib.

Azərbaycan bu il müsabiqədə 17-ci yeri tutub.

aia.az
Geri dön