Ana Sayfa > Seçki 2024 > Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar YAP Samux Rayon Təşkilatında dəyirmi masa keçirililmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar YAP Samux Rayon Təşkilatında dəyirmi masa keçirililmişdir.


5-05-2022, 12:31. Yazar: sevinc1
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar  YAP Samux Rayon Təşkilatında dəyirmi masa keçirililmişdir.

AİA.Az xəbər verir ki, 05 May 2022-ci il tarixdə YAP Samux Rayon Təşkilatının qərargahında Ümummilli lider H.Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Dahi xilaskar, böyük qurucu” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada YAP Gənclər Birliyinin üzvləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov açaraq Ulu Öndər H.Əliyevin həyat və fəaliyyətindən, onun zəngin dövlətçilik təcrübəsindən, Heydər Əliyev ideyalarının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyindən ətraflı bəhs etdi. Gündüz Bayramov qeyd etdi ki, Azərbaycan tarixinin 34 ili H.Əliyevin adı ilə bağlıdır. Belə ki, bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini ən çətin məqamlardan çıxartdı. Ölkənin iqtisadi-siyasi və mədəni tərəqqisinə nail oldu. Yenicə müstəqqillik əldə etmiş ölkədə ictimai-siyasi sabitliyin yaranmasını, əhalinin sosial-rifahının yaxşılaşdırılmasını təmin etmək məqsədilə ölkədə geniş miqyaslı islahatların aparılması layihələrini hazırlayaraq həyata keçirərək müstəqil Azərbaycanı dünya birliyində inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəltdi.

Tədbirdə həmçinin YAP Gənclər Birliyinin üzvləri Nuridə Həsənova, Rasim İmamquliyev, Dilarə Əsgərova, Təhminə Əliyeva, Günel Əhmədova və Rəşad Qarayev çıxış etdilər.Çıxışlarda bir daha vurğulandı ki, Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsini özündə ehtiva edir. Heydər Əliyevin zəngin irsi nəinki bu gün, xüsusi ilə gələcək nəsillər üçün böyük önəm kəsb edir. Natiqlərin sözlərinə görə Ümummilli lider cəmiyyətə yeni düşüncə tərzi verdi, idarəçilik məktəbi yaratdı. Adı Azərbaycanın tarixinə dahi xilaskar və böyük qurucu kimi həkk edilən Heydər Əliyevin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyi, habelə möhtəşəm səfərbəredici amildir. Ümummilli liderin təlatümlərdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Xilaskarlıq missiyasının yaratdığı quruculuq ab-havası yeni, müasir Azərbaycanın real siyasi və iqtisadi gerçəklərində təzahür edir.

Geri dön