Ana Sayfa > Ölkə > Bakı bulvarında sərxoş şəxs özünü dənizə atdı

Bakı bulvarında sərxoş şəxs özünü dənizə atdı


5-05-2022, 11:00. Yazar: sevinc1
Bakı bulvarında sərxoş şəxs özünü dənizə atdı

Mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda sərxoş vəziyyətdə özünü dənizə atan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxsin Quba rayon sakini Novruz Novruzov olduğu məlum olub.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.

Araşdırma aparılır.

aia.az
Geri dön