Ana Sayfa > Ölkə > Yeni altsistem vasitəsilə 100 minə yaxın vakansiya toplanacaq - Agentlik sədri

Yeni altsistem vasitəsilə 100 minə yaxın vakansiya toplanacaq - Agentlik sədri


5-05-2022, 10:39. Yazar: sevinc1
Yeni altsistem vasitəsilə 100 minə yaxın vakansiya toplanacaq - Agentlik sədri

"Əmək və məşğulluq" altsistemi vasitəsilə 100 minə yaxın vakansiya real vaxt rejimində toplanacaq və bu, bizə imkan verəcək ki, işsiz şəxslər işlə təmin olunsunlar.

AİA.Az-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, yeni sistem vasitəsilə kadr axtarışında yeni reallıq formalaşacaq.

"Vakant iş yerinə ən uyğun işçi insan faktoru olmadan uyğunlaşdırılacaq. Bu sistemlə kadr potensialının formalaşmasında yeni yanaşma olacaq".

M.Abbasnəbəyli qeyd edib ki, sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minumuma endiriləcək.

"Bunun nəticəsində fiziki yoxlamaların sayı azalacaq. Toplanan məlumatlar əsasında gələcəkdə əmək bazarının təhlilərini apara biləcəyik".
Geri dön